Cins: Linum - Zəyrək print

Dünyanın mülayim və subtropik vilayətlərində, xüsusən Avroasiyada yayılan 230 növü var. Azərbaycanda əksər rayonlarda arandan yuxarı dağ qurşağınadək, əsasən quraq yamaclarda, çay sahillərində, yol kənarlarında, kolluqlarda 18 növü yayılmışdır. Bir və çoxillik ot bitkiləridir. Çiçəkləri müntəzəm, çiçəkyanlığı yarpaqları 5 saylı, meyvəsi qutucuqdur. Cinsin növləri bir-birindən çiçəyin rəngi, yarpağın, ləçək və çiçək qrupunun əlamətləri ilə fərqləndirilir. Texniki və dekorativ əhəmiyyətli bitkilərdir.