Cins: Zygophyllum - Həlməl print

Afrika, Avroasiya və Avstraliyanın səhra bitkiliyi tərkibində yayılan 100-ə yaxın növündən Azərbaycanda 3 növü yayılıb. Onlara respublikanın əksər aran və dağətəyi rayonlarında gilli, şorakət torpaqlarda, quraq və zibilli yerlərdə rast gəlinir. Bu növlərdən biri – adi həlməlçoxillik ot bitkisi olub, daha geniş areala malikdir. Digər növ – sirkənvari həlməlkol bitkisi olub, Naxçıvan ərazisindən məlumdur. Yarpaqları qarşılıqlı yerləşir. Çiçəkləri müntəzəm, kasa yarpaqları və ləçəkləri 4-5, erkəkcikləri 8-10 ədəd olur. Meyvələri 4-5 yuvalı, çoxtoxumlu qutucuqdur. Zəhərli, alkaloidli bitkilərdir, xalq təbabətində istifadə olunur. Həmçinin, eroziyaya qarşı mübarizədə faydalıdır.