Cins: Polygala - Südotu print

Kosmopolit areala malikdir, 500-dən çox növü var. Azərbaycanda əksər rayonlarda alp qurşağadək daşlı-çınqıllı yerlərdə, çay vadilərində və çəmənliklərdə 9 növü yayılmışdır. Onlardan 3 növ Azərbaycan ərazisindən təsvir olunub (Hohenackeri südotu - Gəncə ətrafı, Ağımtıl südotu –Ağdaş, Qrossheym südotu - Lerik, Orand). 3 növ isə bir neçə coğrafi ərazidən məlumdur və nadir bitkilər sayılır (Sosnovski südotu - Hacıkənd, Andraxnovari südotu - Kirs dağı, Qrovvari südotu – Naxçıvan, Əznəbyürd, Qalxan-qala).

Bir və çoxillik ot bitkiləridir. Kasa yarpaqları və ləçəkləri 5 ədəddir. Öz aralarında qismən bitişən 8 ədəd erkəkciyi vardır. Yumurtalığı üst vəziyyətdə, meyvəsi qutucuq tiplidir. Dekorativ və tibbi əhəmiyyəti var.