Cins: Euonymus - Gərməşov print

Avroasiya və Şimali Amerikada yayılan 60-a yaxın növü var. Azərbaycanda yabanı halda 5, kulturada isə 1 növünə rast gəlinir. Onlar əksər meşəli rayonlarda, arandan orta dağ qurşağınadək fıstıq, vələs, palıd və b. cinslərdən ibarət meşələrin tərkibində, kolluqlarda, meşəaltı bitki kimi yayılıb. Çiçəkləri ikicinslidir. 4-5 növlüdür. Növləri bir-birindən, əsasən gövdə və yarpağının əlamətləri ilə fərqləndirilir. Yaşıllaşdırmada istifadə olunur. Yarpaqlarında alkaloidlər var.