Növ: Viscum album - Ağ bağamburc print

Azərbaycanın əksər meşəli rayonlarında enliyarpaqlı ağac və kollar (xüsusən, meyvə ağacları) üzərində parazitlik edir. Uzunsov lansetşəkilli yarpaqları qarşı-qarşıya yerləşir. Çiçəkləri bir və ya ikievlidir, haçavari budaqlanan zoğların üzərində 5-6 ədəd olmaqla yerləşir. Çiçəkyanlığı 4 hissəlidir. Erkəkcikləri 4 ədəd, meyvəsi ağ və ya sarımtıl rəngli yalançı giləmeyvədir. Bitkinin kök şaxələri ağacın qabığı altına daxil olur və onu zədələyir. Tibbdə qan təzyiqinin aşağı salınmasında, qanaxmalara qarşı və sinir xəstəlikləri zamanı istifadə olunur. Həmçinin mal-qara üçün yaxşı yemdir, boya əhəmiyyəti qeyd olunur. Meyvələri zəhərlidir.

https://www.plantarium.ru/page/image/id/704545.html