Cins: Zizyphus - İnnab + print
- Hüceyrəli formalar
- Üst aləm: Eucaryota
- Aləm: Plantae
- Alt aləm: Embryophyta
- Şöbə: Angiospermae və ya Magnoliophyta
- Sinif: Dicotyledoneae
- Fəsilə: Rhamnaceae
- Cins: Zizyphus
Hər iki yarımkürənin tropik və subtropik iqlimli ölkələrində 50 növü yayılmışdır. Azərbaycanda quraq subtropik iqlimli rayonlarda 1 növü geniş becərilir, bəzən cırlaşır. Yabanılaşan daha 2 sahəsi Zəngilan üçün göstərilir (Hüseynov, 2005). Boyu 8 m-ə çatan, tikanlı ağac və ya koldur. Yarpaqları uzunsov, dərivaridir. Çiçəkləri xırda, ulduzşəkilli, ikicinsli, 5 üzvlü, kasacığı nəlbəkişəkillidir. Meyvəsi lətli çəyirdəkmeyvədir. Meyvəsi yeməlidir, şəkər, “C” vitamini ilə zəngindir. Təbabətdə boğaz, ağız xəstəliklərinin müalicəsində istifadə olunur. Aşı maddəli, dekorativ, oduncağı qiymətli bitkidir.
- Növ: Zizyphus jujuba - Həqiqi innab