Cins: Paliurus - Qaratikan print

Avropanın cənubunda, Orta Asiyada, İranda, Krımda və Qafqazda 6 növü yayılmışdır. Azərbaycanın təbii bitki örtüyündə 1 növü var. O, respublikanın aran, dağətəyi və orta dağ qurşağınadək əksər rayonlarında, quru, daşlı-çınqıllı yamaclarında cəngəllik əmələ gətirir. Bəzən seyrək açıq meşələrə qarışır, şiblyak tipli bitkiliyin əsas elementidir. Alçaq boylu, tikanlı koldur. Çiçəkləri sarımtıl, meyvəsi üçyuvalı, dairəvi qanadlıdır. Canlı çəpər üçün geniş istifadə olunur. Balverən, vitaminli, aşı, boya əhəmiyyətlidir. Yarpağı və qabığı sidikqovucu vasitə kimi təbabətdə faydalıdır.