Cins: Vitis - Üzüm print

Şimal yarımkürəsinin subtropik və mülayim iqlimli ölkələrində yayılan 30 növü var. Azərbaycanda yabanı halda əksər meşəli rayonlarda, arandan orta, bəzən yuxarı dağ qurşağınadək çaysahili, aran meşələrdə, liana kimi və kolluqlar arasında yayılıb. Bir neçə növü (mədəni üzüm, izabella üzümü) respublikanın müxtəlif rayonlarında becərilir. Bəzən cırlaşır. Müxtəlifcinsli, ikievli və ya ikicinsli bitkilərdir.Ləçəkləri 5 ədəd olub, çiçəkləmə vaxtı tökülür. Erkəkcikləri 5, yumurtalığı üst vəziyyətdədir. Meyvəsi şirəli, ətli giləmeyvədir. Növləri bir-birindən yarpağın, bığcığın əlamətləri ilə asan seçilir. Üzümün qiymətli qida olması və bir çox bioloji fəal maddələrlə zəngin olması yaxşı məlumdur.