Cins: Equisetum - Qatırquyruğu print

Yer kürəsinin meşə zonalarında yayılmış 26-30 növü var. Gövdə buğum və buğumaralarına bölünəndir. Yarpaqları buğumaralarında dəstələrlə yerləşir. Sporangilər qalxanşəkilli xüsusi sporangidaşıyanların (sporangioforun, sporofilin) alt tərəfində qruplarla yerləşir, sporangidaşıyanlar gövdənin ucunda strobilə yığılır. Cinsin Azərbaycanda 6 növünə rast gəlinir.