Cins: Abelia - Abeliya + print

Asiya və Qafqazda yayılan 3 növdən 2-si Azərbaycanda dekorativ bitki kimi becərilir. Yarpaqları xırdadır. Ətirli, ağımtıl qızılgül rəngli çiçəkləri süpürgə tipli çiçək qrupunda toplanmışdır. Meyvəsi qutucuqşəkilli olan kol bitkisidir.