Cins: Lonicera - Doqquzdon print

Avroasiya, Amerika və Qafqazda yayılan 200-dən çox növündən Azərbaycanda təbii halda 6 növə rast gəlinir. Bir neçə növ isə (L.japonica, L.tatarica, L.fragrantissima) dekorativ bitki kimi bağ və parklarda əkilir. Cinsin növləri arandan subalp qurşağadək meşə və kolluqlarda, çay sahillərində, daşlı-qayalı yamaclarda yayılıb. Gövdəsi düz qalxan, sarmaşan və dırmaşan kollardır. Yarpaqları bəsitdir. Çiçəkləri müntəzəm, ikicinsli, yumurtalıq alt, meyvəsi giləmeyvə tiplidir. Növlər bir-birindən çiçəkaltlığının xüsusiyyətləri ilə fərqləndirilir. Dekorativ, balverən bitkilərdir.