Cins: Cephalaria - Qantəpər print

Aralıq dənizi, Qərbi və Orta Asiya, Cənubi Afrikada yayılan 70 növündən Azərbaycanda 13 növə rast gəlinir. Azərbaycanın əksər rayonlarında, arandan subalp qurşağadək (300 m), əsasən orta dağ qurşağında meşə və kolluqlarda, çəmən və hündür otluq tipli senozların əsasını təşkil edir. Çoxillik, az halda birillik otlardır. Yarpaqları qarşı-qarşıya düzülən lələk və yelpikvari kəsiləndir. Şarşəkilli çiçəkləri başcıq çiçəkqrupunda toplanan, tacı 4 bölümlüdür. Erkəkcik 4, meyvəsi dördkünc bitkilərdir. Örtük yarpağın, gövdə və yarpağın əlamətləri növlərin təyinində istifadə olunur. Bal verən, vitaminli, dərman, boya və texniki əhəmiyyətli bitkilərdir.