Cins: Scabiosa - Skabioza print

Fəsilədə ən iri cinsdir. Əsasən, Aralıq dənizi ölkələri və Qərbi Asiyada, bəzi növləri Cənubi Afrikada və Şimali Avroasiyada yayılan 120 növü var. Azərbaycanda arandan alp qurşağınadək daşlı-çınqıllı yerlərdə, meşə və kolluqlarda, çəmənliklərdə, çay sahillərində, bəzən alaq bitkiləri arasında yayılan 12 növünə rast gəlinir. Bir, iki və ya çoxillik otlardır. Çiçəkləri ikicinsli, sarğı yarpağı otvaridir. Kasacıq nəlbəkişəkilli, 5 ədəd sərt tikancıqvari şüalıdır. Erkəkcikləri 4 ədəddir. Dekorativ əhəmiyyətli bitkilərdir.