Cins: Asyneuma - Azineuma print

Avroasiya və xüsusən, Aralıq dənizi hövzəsi ölkələrində 21 növü yayılmışdır. Azərbaycanda 4 növü var. Ona əksər rayonlarda orta dağ qurşağından subalp qurşağınadək meşə və kolluqlarda, dağ çəmənliklərində, qaya çatlarında rast gəlinir. Talış azineuması və gözəl azineuma növləri Azərbaycandan təsvir olunub. Cinsin növlərində çiçəyin tacı qaidəsinə qədər ensiz, nazik hissələrə bölünmüşdür. Çiçəkləri salxımvari çiçək qrupuna yığılmışdır. Qutucuq 3 yuvalıdır. Çoxillik ot bitkiləridir.