Cins: Asperula - Çətiryarpaq print

Əsasən, Aralıq dənizi ətrafı ölkələrində və Qafqazda yayılan 100-ə yaxın növü var. Cinsin növləri Azərbaycanın əksər rayonlarında, arandan subalp qurşağınadək, quraq yamaclarda, qayalar üzərində, dağ çəmənliklərində 8 növü yayılıb. Bir və çoxillikdir. Bəzən qaidəsində odunlaşan, yarpaqları uzunsov, xətvari, dəstələrdə yerləşəndir. Çiçəkləri kasacıqsız, 4-5 üzvlüdür. Tacı qıfşəkilli, meyvəsi fındıqca tipli bitkilərdir.