Cins: Galium - Dilqanadan print

Dünyanın əksər ölkələrində yayılan 400-dən çox növü var. Azərbaycanda cinsin 38 növü məlumdur. Arandan subalp qurşağınadək ən müxtəlif bitmə şəraitində quraq, daşlı yamaclarda, sahil qumluqlarında, çay sahillərində, çəmənliklərdə yayılıb. Bir və ya çoxillik bitkilərdir. Yarpaqları dəstələrdə 4-14, çiçəkləri kasacıqsız, 4 üzvlü, yarımçətir və süpürgə tipli çiçək qruplarına yığılandır. Meyvəsi ikiər fındıqca, üzəri tükcüklərlə örtülü yaxud çılpaq bitkilərdir. Qiymətli boyaq bitkiləridir. Balverən, tibbi əhəmiyyətli növləri də vardır.