Cins: Crucianella - Xaçəvər print

Aralıq dənizi ətrafı ölkələri və Qafqazda yayılan 35-40 növündən Azərbaycanda 5 növünə rast gəlinir. Bu növlərdən üçü (kələkötür xaçəvər, yaşılsünbül xaçəvər və ətirli xaçəvər) Azərbaycandan təsvir olunub. Xaçəvər növləri respublikanın əksər rayonlarında, orta dağ qurşağınadək, meşə və kolluqlarda, daşlı-qayalı quraq yerlərdə yayılıb. Bir və çoxillik bitkilərdir. Yarpaqları xətvari bizşəkillidir. Çiçəkləri iki-iki sünbül çiçək qrupuna yığılan, fındıqca tipli meyvələri olan bitkilərdir.