Cins: Cruciata - Krusiata print
- Hüceyrəli formalar
- Üst aləm: Eucaryota
- Aləm: Plantae
- Alt aləm: Embryophyta
- Şöbə: Angiospermae və ya Magnoliophyta
- Sinif: Dicotyledoneae
- Fəsilə: Rubiaceae
- Cins: Cruciata
Avroasiyada yayılan 20-ə yaxın növü var. “Azərbaycan florası” (1961) kitabında bu cinsin növləri Galium cinsinin tərkibində verilir. Yarpaqları dörd saylı olmaqla dəstələrdə yerləşir. Çiçəkləri yarpaqların qoltuğunda yarımçətirlərdə yerləşir və poliqamdırlar (erkəkcikli, dişicikli, ikicinsli və steril olurlar). Azərbaycanda 7 növünə rast gəlinir. Arandan subalp qurşağınadək meşənin tala yerlərində, kolluqlarda, qaya töküntüləri arasında və dağ çəmənliklərində yayılır. Çoxillik, tacı əsasən sarı rəngli, meyvəsi şarşəkilli otlardır.
- Növ: Cruciata articulata
- Növ: Cruciata glabra
- Növ: Cruciata humifusa
- Növ: Cruciata laevipes
- Cruciata pedemontana
- Növ: Cruciata sevanensis
- Növ: Cruciata sosnowskyi