Cins: Gentianella - Acıçiçəkcik print

Hər iki yarımkürədə (Afrika istisna olmaqla) tropiklərdən kənarda yayılan 125 növündən Azərbaycanda 3 növü var. Onlara əksər rayonlarda, orta dağ qurşağından alp qurşağınadək meşənin tala yerlərində, xüsusən dağ çəmənliklərində rast gəlinir. Bir və ikiillik otlardır.Çiçəkyanlığı 5 üzvlüdür, tacı boruşəkilli, mavi yaxud sarımtıl rənglidir. Adətən tacın bölümləri kirpikli haşiyəlidir, qutucuq uzunsovdur. Növlərindən biri – çətirli acıçiçək Azərbaycandan (Quba, Xınalıq) təsvir olunub. Digər növü – dilcikli acıçiçək isə nadir bitkidir və Qusarın Anıq kəndindən məlumdur.