Cins: Gentianopsis - Acıçiçəyəoxşar print

Avroasiya və Amerikada mülayim iqlimli ölkələrdə yayılan 25 növündən Azərbaycanda 1 növünə rast gəlinir. Ona Böyük və Kiçik Qafqaz, eləcə də Talışda orta dağ qurşağı və subalp qurşaqda meşə və dağ çəmənlərində təsadüf olunur. İkiillik bitkilərdir. Yarpaqları lansetvari formalı olub, oturaqdır. Çiçəkləri 4 üzvlü, tacı qıfşəkilli və mavi, qutucuğu isə ellips şəkillidir.