Cins: Lomatogonium - Lomatoqon print

Avroasiya və Amerikanın yüksək dağlıq ölkələrində yayılan 4-5 növündən Azərbaycanda 1 növü var. Ona Böyük və Kiçik Qafqaz regionlarında, alp qurşaqda, çəmənliklərdə və qaya çatlarında rast gəlinir. Birillik bitkidir. Yarpaqları uzunsov olub, qarşılıqlı düzülür. Çiçəkləri 5 üzvlü, təkərşəkilli, qaidəsindən bölümlü, əlavə büküşsüz, kirpikli haşiyəsiz, tək-tək yerləşəndir. Qutucuq uzunsovdur.