Cins: Swertia - Svertiya print

Avroasiya və Qafqazın dağlıq rayonlarında yayılan 30 növündən Azərbaycanda 1-2 növü məlumdur. Gürcü svertiyası növü Böyük və Kiçik Qafqaz rayonlarından məlumdur. Subalp və alp qurşaqlarda, rütubətli dağ çəmənləri və çay sahillərində təsadüf olunur. Çoxillik otlardır. Ovalşəkilli yarpaqları adətən, rozet şəklində yerləşir. Çiçəkləri 5 (4) üzvlüdür. Tacı mavi yaxud sarımtıl-ağ rənglidir. Qutucuğu uzunsovdur.