Cins: Vinca - Qıfotu print

Əsasən, Aralıq dənizi ölkələrində yayılan 7 növündən Azərbaycanda 2 növünə rast gəlinir. Yabanı növünə respublikanın əksər rayonlarında meşə və kolluqlarda, kserofil bitkilər arasında, əhəngli qayalıqlarda rast gəlinir. Digər növü dekorativ bitki kimi geniş becərilir. Çoxillik ot bitkiləridir. Fəsilənin digər cinslərindən çiçəklərin tək-tək yarpaqların qoltuğunda yerləşməsi, tacın iri, qıfvari olması, erkəkciklərin sərbəst yerləşməsi ilə fərqlənir. Yabanı növü təbabətdə qan təzyiqinə, qanaxmaya qarşı istifadə olunur. Dekorativ və eyni zamanda zəhərli bitkilərdir.