Cins: Hyoscyamus - Batbat print

Avroasiya, Şimali Afrika və Qafqazda yayılan 20 növündən Azərbaycanda 3 növü rast gəlir. Bat-bat növləri Azərbaycanda arandan orta dağ qurşağına kimi, demək olar ki, bütün rayonlarda, kəndlərin, şəhərlərin ətrafında, bəzən alaq bitkisi kimi bağlarda, bostanlarda, daşlı-qayalı yerlərdə təsadüf olunur. Bir, iki və çoxillik otlardır. Yarpaqları lələkvari-bölümlü, kasacığı boruşəkilli-zəngvari, 5 bölümlüdür. Tacı qıfşəkillidir. Sarı, bənövşəyi və ya qırmızımtıl, meyvəsi ikiyuvalı qutucuqdur, yuxarısında qapaqcıqla açılır. Bat-bat zəhərli bitkidir, onun yarpaqlarından ağrıkəsici dərman alınır.