Cins: Nicotiana - Tütün + print

66 növündən 45-i Amerikada tropiklərdən kənar ərazilərdə, 21 növü isə Avstraliyada və Polineziyada yayılıb. Cinsin Azərbaycanda becərilənlərindən tütün, tənbəki və ətirli tütün növlərinə təsadüf olunur. Kasacığı 5 bölümlüdür, tökülmür və meyvənin yanında qalır. Tacı qıf və ya boruşəkillidir, yuxarısında beşbölümlüdür. Erkəkciyi beşdir və bunlardan biri qısadır, tozluğu uzununa yarılaraq açılır. Meyvəsi çoxtoxumlu qutucuqdur. Toxumları xırdadır.