Cins: Fraxinus - Göyrüş print

Əsasən, mülayim iqlimli ölkələrində yayılan 60 növü var. Azərbaycanda 5 növü məlumdur. İntroduksiya edilən növləri də var. Onlar əksər rayonlarda arandan orta dağ qurşağınadək enliyarpaq meşələrə qarışıq halda bitir, bəzən isə təmiz göyrüş meşələri əmələ gətirir. Ağac və ya hündürboylu kollardır. Yarpaqları tək lələkvari olub, qarşı-qarşıya yerləşir. Çiçəkləri ikicinsli və ya bircinsli, ikievlidir, salxım və ya süpürgə çiçək qrupuna yığılır. Çiçəkyanlığı çox vaxt inkişaf etməmiş olur. Erkəkcik 2 ədəd, yumurtalıq 2 yuvalıdır. Meyvə qanadmeyvəlidir. Oduncağı qiymətlidir, meliorativ, boya, aşılayıcı əhəmiyyəti var.