Cins: Plantago - Bağayarpağı print

Dünyada geniş yayılan 250 növü qeyd olunur. Azərbaycanda əksər rayonlarda, arandan alp qurşağınadək, meşə və kolluqlarda, yol kənarında, çəmənliklərdə, bağ və bostanlarda, əkinlərdə, alaq bitkiləri arasında rast gəlinən 14 növü məlumdur. Bir və ya çoxillik otlardır. Yarpaqları kökətrafı rozet əmələ gətirir, bəzən gövdədə qarşılıqlı yerləşir. Yarpaqaltlığı yoxdur, xırda çiçəkləri başcıq yaxud sünbül çiçək qrupuna yığılır. Kasacıq 4 bölümlü, tacı pərdəşəkilli, 4 bölümlüdür. Erkəkcikləri 4 ədəd, yumurtalıq üst vəziyyətdədir. Meyvəsi qutucuq tiplidir. Növləri əsasən yarpağın, çiçəyin əlamətləri ilə seçilir. Bağayarpağı növləri elmi və xalq təbabətində geniş istifadə olunur, həmçinin yem, boya əhəmiyyətli, vitaminli növləri də vardır.