Cins: Melampyrum - Qarabuğda print

Şimal yarımkürəsində, xüsusən, Avroasiyada tropiklərdən kənar ölkələrdə yayılan 50 növü məlumdur. Azərbaycanda cinsin 3 növü yayılmışdır. Onlara əksər rayonlarda orta dağ qurşağından alp qurşağınadək  meşə və kolluqlarda, çəmənlərdə, çay sahillərində, bəzən əkinlərdə rast gəlinir. Birillik, yarımparazit otlardır. Yarpaqları qarşı-qarşıya düzülmüşdür. Çiçəkləri yarpaqvari çiçəkaltlığının qoltuğunda tək-tək yerləşmişdir. Kasacığı zəngşəkilli, tacı sarımtıl yaxud tünd qırmızı rəngdədir. Erkəkciyi 4-dür. Qutucuğu ovalşəkilli olub, qapaqlarla açılır. Toxumları zəhərlidir.