Cins: Parentucellia - Parentuçeliya print

Aralıq dənizi ətrafı ölkələri və Qafqazda yayılan 4 növü var. Azərbaycanda əksər aran və dağətəyi rayonlarda, yarımsəhra landşaftlarında, quraq, gilli və daşlı yamaclarda 2 növü məlumdur. Birillik, vəzli tükcüklü, yapışqanlı, alçaq boylu (5-30 sm) bitkilərdir. Yarpaqları xırda, enli-oval, dişciklidir. Kasacığı boruşəkilli, 4 dişcikli, tacı 2 dodaqlıdır. Erkəkcikləri 4 ədəddir. Qutucuğu ovalşəkilldir. Növləri bir-birindən tacın rəngi ilə asanlıqla seçilir (yapışqanlı parentuçeliya növündə sarı, digərində qırmızı rənglidir).