Cins: Buglossoides - Buqlossoides print

Dünyanın hər yerində, daha çox Şimali Amerika, Aralıq dənizi və Afrikada yayılan 100 növü var. Azərbaycanda 3 növü qeyd oluna bilər. Onlardan B. arvense arandan yuxarı dağ qurşağınadək kolluqlarda, çay kənarlarında alaq bitkisi kimi geniş yayılıb. B. tenuiflora Bozqır yayla üçün göstərilir və Bakıda onun herbari nüsxəsi yoxdur. Qafqazda yayılan daha bir növün (B. sibthorpiana) Azərbaycanda yayılması ehtimal olunur. Birillik otlardır. Gövdəsi sadə, basıq tükcüklərlə örtülüdür. Qıvrım çiçək qrupu gövdənin yuxarısında yerləşir. Tacı bənövşəyi-göyümtül və ya ağımtıl rənglidir, borusu nazikdir. Fındıqçası oval, xırda qırışıqlıdır.