Cins: Lycopsis - Əyriçiçək print

Avroasiya və Aralıq dənizi ətrafı ölkələrində yayılan 3 növündən 2-si Azərbaycanda – bütün rayonlarda, arandan orta dağ qurşağınadək quraq yamaclarda, alaq bitkisi kimi bağ və bostanlarda, yol kənarı və zibilli yerlərdə yayılmışdır. Birillik bitkidir. Xırda göyümtrək çiçəkləri qıvrım çiçək qrupuna yığılmışdır. Hündürlüyü 10-40 sm olub, üzəri sərt tükcüklərlə örtülüdür.