Cins: Heliotropium - Heliotrop print

Hər iki yarımkürənin isti və mülayim iqlimli ölkələrində yayılan 220 növü var. Azərbaycanın əksər rayonlarında arandan orta dağ qurşağınadək quraq daşlı-qayalı yerlərdə, yol kənarı, əkin, bağ və bostanlarda 7 növü yayılıb. Bir və ya çoxillik otlardır. Çiçəkləri qıvrım çiçək qrupuna yığılır. Kasacıq 5 bölümlü, tacı qıfabənzər boruşəkilli, 5 bölümlüdür. Erkəkcikləri 5 ədəd, dişiciyin sütuncuğu qısadır. Meyvəsi fındıqçadır. Bəzi növlərinin çiçəyi ətirli, bəziləri isə zəhərli alkoloidlidir.