Cins: Onosma - Onosma print

Avroasiya və Qafqazda, xüsusən Aralıq dənizinin şərqində, Ön və Mərkəzi Asiyada yayılan 110 növü var. Azərbaycanın əksər rayonlarında arandan orta dağ qurşağınadək (1900 m) quraq, daşlı-qayalı yamaclarda, sahil qumluqlarında, çay sahilləri və əkinlərində yayılan 8 növü məlumdur. Bunlardan O. levinii sonralar Şərqi Azərbaycandan (Ataçay vadisi) təsvir edilib, endem hesab edilir. Cinsin daha bir növü (O. gracilis) Naxçıvandan (Biləv kəndi) təsvir edilib. İki və çoxillik, üzəri cod tükcüklərlə örtülü bitkilərdir. Yarpaqları uzunsov, lansetvari, bütöv olub, oturaqdır. Tacı boruşəkilli, sarı, qırmızımtıl, bənövşəyi-göyümtül rənglərdə olur. Dişiciyin sütuncuğu adətən tacdan kənara çıxır. Fındıqçası üçkünc-oval, hamar yaxud qırışıqlıdır.