Cins: Paracaryum - Parakarium print

Qədim Aralıq dənizi rayonu ölkələri və Qafqazda yayılan 20 növü var. Azərbaycanda 1-2 növünün yayılması məlumdur. Onlardan biri (P. strictum) Naxçıvan və Kiçik Qafqazın cənubunda orta dağ qurşağınadək quraq, daşlı-qayalı yerlərdə rast gəlinir. İkinci növün Naxçıvana təsadüf etməsi ehtimal olunur. İkiillik, gövdə və yarpaqları sərt tükcüklü bitkilərdir. Tacı tünd yaxud mavi-qırmızı rənglidir. Meyvəsi tikancıqlı və ya qırışıqlıdır.