Cins: Rochelia - Roxeliya print

Aralıq dənizi, Cənubi-Qərbi və Mərkəzi Asiya ölkələrində yayılan 15 növü var. Onlardan 4-ü Azərbaycanda rast gəlinir. Onlara əksər rayonlarda, xüsusən, Naxçıvan və Talışda (Diabarda) arandan orta, bəzən yuxarı dağ qurşağınadək (2400 m) quraq çınqıllı-qayalı yamaclarda, qaya töküntülərində, əkinlərdə və alaq bitkiləri arasında təsadüf edilir. R. persica növünün Azərbaycanda yayılması Talış, R. cardiosepala növününkü isə Naxçıvanla məhdudlaşır. Birillik, bozumtul-yaşıl, cod tükcüklü bitkilərdir. Növləri bir-birindən kasa yarpağının hissələrinin və qutucuq meyvəsinin əlamətləri ilə asanlıqla fərqləndirilir.