Cins: Lithospermum - Səfərotu print

Əsasən, Aralıq dənizi ətrafı ölkələrində yayılan 60-dan çox növü var. Azərbaycanda – bütün rayonlarda arandan orta dağ qurşağı, bəzən subalp qurşağadək geniş yayılan 8 növü məlumdur. Ona meşənin tala yerlərində, kolluqlarda, yol, arx kənarları, subalp çəmənliklərində, alaq bitkisi kimi əkinlərdə rast gəlinir. Çoxillik qaramtıl-bənövşəyi kökə malik ot bitkisidir. Yarpaqları lansetvari, oturaqdır. Ağımtıl və sarımtıl çiçəkləri qıvrım çiçək qrupuna toplanmışdır. Kasacıq xətvari, qılşəkilli hissələrə bölünür. Fındıqçası hamardır.