Cins: Suaeda - Çərən print

Dünyanın əksər ölkələrində 100-dən artıq növü yayılmışdır. Azərbaycanda 10 növə rast gəlinir. Əsasən aran və dağətəyi rayonlarında, xüsusən Şirvan, Salyan, Muğan düzənliklərində iri cəngəlliklər əmələ gətirir. Birillik kol və yarımkol bitkiləridir. Yarpaqları lətləşmiş halda olur. Yem bitkisi kimi faydalıdır, bəzi növlərindən potaş alınır.