Cins: Petrosimonia - Qışotu print

Avroasiya və Qafqazda 15 növü yayılmışdır. Azərbaycanda 4 növü vardır. Onlara Xəzərətrafı, Qobustan, Kür-Araz ovalığında şorakətli torpaqlarda rast gəlinir. Alçaq boylu, birillik ot bitkiləridir. Cins daxilində növlər bir-birindən çiçəkyanlığı yarpaqlarının və çiçəkdə olan erkəkciklərin sayı ilə fərqlənirlər. Qış otlaqlarının əsas bitkilərindəndirlər.