Cins: Salsola - Şorangə print

Dünyanın əksər səhra və yarımsəhra vilayətlərində yayılan 120 növü vardır. Fəsilə daxilində polimorf cinslərdəndir. Hazırda Azərbaycan florasında bu cinsin 20 növü vardır. Şorangələrdə növ müxtəlifliyi, əsasən birillik növlərdə daha çox rast gəlinir. Azərbaycanda şorangələrin növ zənginliyi xüsusilə Naxçıvan MR-da (Ordubad və Culfa rayonlarında), eləcə də səhra tipli yamaclarda müşahidə olunur. Qədim növlər, xüsusilə kol və kolcuqlarda müşahidə olunur. Bunların bir çox növlərinin lokal şəraitdə yayılaraq məhv olduğu müəyyənləşdirilmişdir.          

Şorangələr qış otlaqlarının əsasını təşkil edir. Bəzi növləri torpaq uçqunlarının qarşısını alır. Bir çox növlərindən isə potaş alınır. Bəzi növləri kalium, kalsium, fosfor birləşmələri ilə zəngindir.