Cins: Chenopodium - Tərə print

Fəsilə daxilində iri cinslərdəndir. Dünyanın isti və mülayim iqlimli ölkələrində yayılan 250 növü var. Azərbaycanda 15 növə rast gəlinir. Bunlar arandan başlamış yuxarı dağ qurşağına kimi Azərbaycanın bütün rayonlarında otlaqlarda, quru yamaclarda, əkinlərdə, alaqlı və zibilli yerlərdə yayılır. Bir, iki və ya çoxillik otlardır. Yarpaqları saplaqlıdır, növbəli düzülür. Əksərən yarpaqları unnucalı (sanki üzərinə un səpilmiş) bitkidir. Yarpaqların unnucalı olması onun üzərində yerləşən qovuqşəkilli tüklərin qurumasından irəli gəlir.

Bəzi növlərindən (Ch. foliosum) şərabçılıqda istifadə etmək üçün boya alınır. Ch. vulvaria, Ch. ambrosioides xalq təbabətində qurdqovucu, revmatizmə, soyuqdəyməyə qarşı vasitə kimi istifadə olunur. Bir çox növləri qida kimi faydalıdır.