Cins: Rumex - Əvəlik print

Şimal yarımkürəsində yayılan 100-dən artıq növü var. Azərbaycanda 18 növü məlumdur. Əksər rayonlarda arandan subalp qurşağadək daşlı-çınqıllı, bəzən əhəng daşlı yamaclarda, meşə və kolluqlarda, dağ çəmənlikləri tərkibində, suvarma kanalları ətrafında, bəzən alaq bitkisi kimi yayılmışdır. Növlərin təyinində əsasən çiçək, yarpaq və kökün əlamətləri əsas götürülür. Əksər növlərin tərkibində əvəlik turşusu olduğundan o qida kimi istifadə olunur. Kökündə aşılayıcı maddə var. Xalq təbabətində büzücü və qandayandırıcı vasitə kimi faydalıdır. Boyaq maddəsi və “C” vitamini olan növləri də vardır.