Cins: Fagopyrum - Qarabaşaq + print

Şimal yarımkürəsinin mülayim iqlimli ölkələrində və Qafqazda 2 növü yayılmışdır. Azərbaycanda əkilən halda 1 növə rast gəlinir. Hündürlüyü 15-60 sm olan, gövdəsi qırmızımtıl birillik ot bitkisidir. Erkəkcikləri 8 ədəd, dişiciyi 3 sütuncuqludur. Fındıqca meyvəsi qəhvəyi rəngli, hamardır. Qiymətli qida bitkisidir. Vətəni Himalay dağlarıdır.