Cins: Lepidium - Bozalaq print

Dünyanın subtropik və mülayim iqlimli ölkələrində yayılan 150-dən çox növü vardır. Bunlardan Azərbaycanda arandan orta dağ qurşağınadək daşlı-qayalı yamaclarda, yol və arx kənarlarında, yarımsəhra bitkiliyi içərisində, əkin yerlərində, bəzən yabanılaşan formada yayılan 11 növə rast gəlinir. Onlar bir, iki və çoxillik ot bitkiləridir. Tərəvəz bitkisi kimi geniş becərilən vəzəri (L. sativum) bu cinsə aiddir. Ləçəkləri xırdadır, ağ rənglidir və ya yoxdur. Erkəkcikləri 6 ədəd olub, bəzi növlərdə azdır (4 və ya 2).