Cins: Fibigia - Fibiqa print

Əsasən, Aralıq dənizi ölkələrində və Qafqazda yayılan 12 növündən Azərbaycanda 4 növə rast gəlinir. Hər 3 növ respublikada, əsasən, Naxçıvan regionundan məlumdur. Burada onlar yuxarı dağ qurşağınadək, quraq çınqıllı-daşlı yamaclarda yayılmışdır. Cinsin növlərini bir-birindən ləçəklərin rəngi və buynuzcuq tipli meyvəsinin əlamətləri ilə fərqləndirirlər. Dekorativ bitkilərdir.