Cins: Camelina - Köhrənot print

Avroasiya, Aralıq dənizi və Qafqazda yayılan 11 növündən Azərbaycanda 6 növü var. Onlara əksər rayonlarda, arandan orta dağ qurşağınadək quraq-daşlı yamaclarda, yol kənarlarında, alaq bitkiləri arasında, əkinlərdə rast gəlinir. Meyvələri (buynuzcuğu) armudşəkillidir. Yarpaqları oxvari, ləçəkləri tutqun-sarımtıl (bəzən ağ) rənglidir. Birillik ot bitkiləridir. Toxumundan alınan yağ həm qida kimi, həm də müxtəlif rənglər almaq üçün istifadə olunur, bəzən bu məqsədlə əkilir. Bəzi növləri bal verən bitkilərdir.