Cins: Peltariopsis - Qalxanlıot print

Ön Asiya, İran və Qafqazda yayılan 3 növündən Azərbaycanda 2 növü yayılmışdır. Onlardan biri – Qrossheym qalxanlıotu Naxçıvandan (Nehrəm yaxınlığı) təsvir olunmuşdur. Bu növə Naxçıvanda aran və aşağı dağ qurşağı ərazilərində, əhəngdaşlı yamaclarda rast gəlinir. İkinci növ də həmçinin Naxçıvan regionunun orta və yuxarı dağ qurşağında, daşlı-qayalı yerlərdə bitir. Cinsin növlərini bir-birindən meyvələrinin ölçüləri ilə fərqləndirirlər. Ağ və qırmızımtıl ləçəkli, ikiillik ot bitkiləridir.