Cins: Crambe - Qatran print

Dünyanın əksər ölkələrində yayılan 20 növündən Azərbaycanda 7 növünə rast gəlinir. Onlardan biri – C. gibberosa Azərbaycandan (Beşbarmaq qatran) təsvir olunub, nadir növ sayılır. C. armena Naxçıvan ətrafından, C. Tatarica isə Quba regionundan – orta dağ qurşağında quraq-daşlı yamaclardan məlumdur. Sonrakı 3 növün arealı nisbətən genişdir. Qatran növlərinin təyinində istifadə olunan əsas əlamətlərdən biri açılmayan buynuzcuq tipli meyvəsinin əlamətləridir. Belə ki, o iki hissədən ibarətdir: aşağı hissə nisbətən xırdadır, toxumsuzdur, yuxarı hissə isə şarşəkilli olub, birtoxumludur. Hündürboylu, budaqlanan çoxillik otlardır. Dərman bitkisidir, cavan zoğları yeyilir.