Cins: Neslia - Nesliya print

Avroasiya, Aralıq dənizi və Qafqazda yayılan 2 növü həmçinin Azərbaycanda yayılmışdır. Onlara Azərbaycanın əksər rayonlarında arandan orta dağ qurşağınadək daşlı yerlərdə, quraq yamaclarda, əkin yerlərində, bağlarda təsadüf olunur. Cinsin növlərini bir-birindən buynuzcuq tipli meyvələrinin əlamətləri ilə fərqləndirirlər. Ləçəkləri sarı rənglidir. Alçaq boylu (15-80 sm) birillik ot bitkisidir.