Cins: Isatis - Ranqotu print

Aralıq dənizi, Cənubi Avropa, Ön və Mərkəzi Asiyada yayılan 60-a yaxın növündən Azərbaycanda 12 növü var. Onlara Azərbaycanın əksər rayonlarında, xüsusən, Naxçıvan regionunda arandan alp qurşağınadək (daha çox orta dağ qurşağı) quraq, daşlı yamaclarda, qaya çatlarında rast gəlinir. Bir neçə növü Azərbaycandan təsvir olunub. Fəsilə daxilində digər cinslərdən meyvəsinin yanlardan basıq, 2 qanadlı yaxud qanadsız, dişiciyin ağızcığının oturaq olması ilə seçilir. Cinsin növlərini bir-birindən əsasən meyvələrinin əlamətləri ilə fərqləndirirlər. Bir, iki və çoxillik ot bitkiləridir.