Cins: Raphanus - Turpca print

Aralıq dənizi və Qafqaz ölkələrində yayılan 9 növündən 4-nə Azərbaycanda rast gəlinir. Onlardan adi turp (R. sativus) və onun növmüxtəlifliyi (var. radicula) turpca respublikanın rayonlarında geniş becərilir. Kökü yeməlidir, C, B vitaminləri ilə zəngindir.

“Rediska” və ya turp adlanan, ən çox istifadə olunan bostan bitkisidir. Vətəni Aralıq dənizidir. Cinsin Azərbaycanda yayılan ikinci növü (R. rostratus) respublikamızdan (Lənkəran ətrafı) təsvir olunub və endem bitki hesab edilir. Ona Lənkəranın aran və dağlıq ərazilərində, əsasən dənizsahili şoran torpaqlarda, alaq kimi bostan və həyətlərdə rast gəlinir. Üçüncü növ (R. raphanistrum) seyrək şəkildə Kür düzündən və Naxçıvanın aran ərazilərindən məlumdur. Gövdəsi və yarpaqları sərt tükcüklərlə örtülüdür. Sarımtıl, bəzən mürəkkəb rəngli qarışığı olan ağımtıl ləçəkləri ilə fərqlənir. Birillik bitkidir.